Rusiyanın Çeçenistan Respublikasının Urus-Martan rayonunda polis postuna hücum edən iki nəfər öldürülüb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikası üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Polis postuna hücum edən iki silahlı cavab atəşi ilə məhv edilib. Asayiş keşikçiləri arasında zərərçəkən olmayıb. Silahlıların şəxsiyyəti müəyyənləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir, məlumatda deyilir.