Zimbabvenin hazırkı prezidenti Robert Muqabe televiziya vasitəsilə xalqa müraciətində istefa barədə danışmayıb.

Unikal.org RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Muqabe bildirib ki, dekabrda hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının konqresində sədrlik edəcək.

Onun sözlərinə görə, ölkədə baş verən son hadisələr ölkə Konstitusiyası və onun hakimiyyətinə təhlükə kəsb etmir. "Zimbabve xalqı ölkədəki böhranı sülh yolu ilə müstəqil olaraq həll etməyə qərarlıdır, deyə R.Muqabe bəyan edib.

***

Zimbabve prezidenti Robert Muqabe dövlət başçısı postunu tərk etməyə razılıq verib.

Unikal.org  xəbər verir ki, bu barədə "Sputnik məlumat yayıb.

Qeyd edək ki, hakim "Zimbabve Afrika Milli İttifaqı - Vətənpərvərlik Cəbhəsi" Partiyasının Mərkəzi Komitəsi də xüsusi iclasında 93 yaşlı ölkə prezidenti Robert Muqabeni partiyanın rəhbəri postundan kənarlaşdırıb.

Onun yerinə keçmiş vitse-prezident Emmerson Mnanqaqva təyin olunub.