Suriya müxalifətinin liderlərindən biri, ölkənin sabiq baş naziri Riyad Hicab Danışıqlar üzrə Ali Komitə əlaqələndiricisi vəzifəsindən istefa verib.
Unikal.org-un məlumatına görə, bu barədə "Əl-Ərəbiyə telekanalı xəbər verib.
Riyad Hicabın istefası bir neçə gündən sonra Ər-Riyadda müxalifətin keçirəcəyi görüş ərəfəsində baş tutub. Görüş Cenevrədə BMT himayəsi altında keçirilən danışıqların iştirakçılarının müəyyənləşdirilməsinə yönəlib. Səudiyyə Ərəbistanı paytaxtında görüş noyabrın 22-24-ə planlaşdırılıb.