Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov Fransanın Nitsa şəhərində polis tərəfindən saxlanılıb.
Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
"Noyabrın 20-si axşam saatlarında Nitsa hava limanında Süleyman Kərimov saxlanılıb, o, polis məntəqəsinə aparılıb", -” deyə TASS səfirliyin məlumatını yayıb.
Səfirlikdən qeyd olunub ki, Rusiya diplomatik nümayəndəliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb.