Türklərlə evlənən azərbaycanlı xanımların sayı açıqlanıb. 

Unikal.org-un məlumatına görə, 2 min 170 qadın Türkiyə vətəndaşı ilə ailə qurub. Statistikaya əsasən,  Azərbaycan türklərlə ailə quranlar arasında 3-cü yerdədir.

Bildirilir ki, türk kişisi xaricdən 22 min 583 gəlini vətəninə gətirib. Türklərin əcnəbi gəlin seçimində suriyalılar çoxluq təşkil edir. Elə siyahıda da birinci sırada 6 min 495 nəfərlə suriyalı gəlinlər dayanır. 2 min 644 gəlinlə isə Almanya ikinci sıradadır.