Son günlər anşlaqla ardıcıl konsertlər verən tanınmış ifaçı Damla "Xoşbəxt ol" mahnısına yeni klip çəkdirib.

Unikal.org bildirir ki, ifaçının sözügedən klipi "Youtube"də gün ərzində 100 mindən çox baxış sayı yığıb. Süjet xətti olan klipdə məşhur aktyor İlqar Musayev vəifaçı özü ər-arvad obrazında çəkiliblər. Klipdə sevgi, xəyanət, göz yaşı və s. bu kimi nüanslar cərəyan edir lakin sonluq gözlənilməz və təsirli bitir. Damlanın klipin sonunda real həyatdakı ən böyük arzusu reallaşır. O, qız anası olur.

Yeni klipi ilə aləmə səs salan ifaçı fikirlərini bizimlə bölüşüb:

" Klip 4 günə çəkildi. Amma klip çəkilişlərindən sonra bir həftə xəstə yatdım, hələ də tam sağalmamışam. Çünki soyuq havada 2 saat bumbuz suyun altında, əynimdə nazik bir paltarla müxtəlif səhnələr çəkildi. Klipdə ən gülməli məqam isə aktyor İlqar Musayeə sillə vurduğum anlar idi. O kadr 15 dubla çəkilib. Bütün komandama təşəkkür edirəm. Hələ irəlidə çox maraqlı və bəyənilən işlərimiz var".

Qeyd edək ki, "Xoşbəxt ol" mahnısının söz və musiqisi Rübail Əzizova, aranjimanı İlkin Həsənə, klip işi isə rejissor Dee Leeyə məxsusdur.