Qısa zamanda internetdə fenomenə çevrilən türk iş adamı Nüsrət Gökçe Mayamidə özünün yeni restoranını açıb.
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, o, bunun üçün bir müddət ABŞ-a köçüb.
Nüsrət restoranına yaxın ərazidə məşhur otellərdən birindənömrə kiralayıb. 36-cı mərtəbədə yerləşən otağın bir gecəsinin 2 min 250 lirə olduğu öyrənilib.
Gökçe 70 min lirə (təxminən 35 min AZN) verərək lüks otağı bir aylıq götürüb.