"Əmrah Türkiyədə, burada da Namiqdir"
Unikal.org milli.az-a istinadən xəbər verir ki, bu sözləri dünən "5/5" verilişində aparıcı Zaur Kamal qonağı Namiq Qaraçuxurlu ilə söhbəti zamanı deyib.
Namiq Zaurun sözlərinə atmacalı cavabı ilə diqqət çəkib:
"O filmlərdə ağlayır, mən də verilişlərdə çıxıb, ağlayım... Ağlamaq bilirsən də, əksər vaxtı sənətçilərimizə yardım edir. Amma zarafat edirəm, mənim o xasiyyətim yoxdur. Mənim nə problemim, nə dərdim var özümə aiddir. İstəmirəm tamaşaçılar bilsin".