"Çox sevinirəm ki, övladımın Kamil kimi atası var. Övladına bağlıdır, onu sevir. Ancaq analar biraz qapalı olurlar. Bacımın uşaqlarına qarşı da eləyəm.
Unikal.org xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "Virtual həyat verilişində deyib. Sənətçi qızı Sahilə ilə həyat yoldaşı Kamil Zeynallı barədə danışıb:
"Qızım Sahilə və Kamil xəstələnəndə özümü öldürürəm, ancaq qaçım uşağı öpüm, qucaqlayım, əzizləyim, belə şeylərim yoxdur. Təbii ki, övladımla nəfəs alıram. O, mənim canımdır, ürəyimdir. Bəzən İnstaqramda şəklini qoyanda yazıram ki, sevgim, xoşbəxtliyim. Atası onun şəklini hər an paylaşır.
Qızım atasının idman zalına gedir, oynayır. Kamil də məşqini keçir. Mən uşağı toya apara bilmərəm axı. Anası toyda oxuyur, balası da ortalıqda oynayır. Uşağı 4-5 yaşından özləri ilə ora-bura aparırlar. İstəyirəm ki, uşağım məktəbə daxil olandan sonra yüklənsin. İndi o bağçaya gedir, bağçadan çıxır, deyir ki, ana filan yerə gedək. Əgər vaxtım varsa, istədiyi yerə aparıram. Uşağı başqa işlərlə yükləmək istəmirəm. Qoy uşaqlığını yaşasın".