Ötən gün idman salonlarından birində konsert proqramı ilə çıxış edən müğənni Ece Seçkinə tamaşaçılar etiraz ediblər.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsertə təyin olunan vaxtdan 2 saat sonra çıxan ifaçı gözlənilməz halla rastlaşıb.
Belə ki, ilk mahnısını oxuyub bitirdikdən sonra izləyicilərdən bir çoxu Eceyə xoşgəlməz sözlər deməyə, 2 saat onları gözlətdiyi üçün etiraz etməyə başlayıblar, hətta bəziləri salonu da tərk edib.
Vəziyyətin gərgin olduğunu görən Seçkin hər kəsdən üzr istəyib. O, gecikmənin onunla bağlı olmadığını bildirib və konsertinə davam edib.