İranda 6,2 bal gücündə zəlzələ olub.
Unikal.org İran mətbatına istinadən xəbər verir ki, zəlzələ günorta saatlarında baş verib.
Yeraltı təkanların mərkəzi İranın cənub-qərbində yerləşən Kirman əyalətinin Hejdak qəsəbəsində olub və 10 km. dərinlikdə qeydə alınıb.
Təbii fəlakət bölgəsinə xilasedicilər və həkim briqadaları cəlb olunub.
Dağıntı və tələfat haqqında hələlik məlumat verilməyib.