Avtovağzaldan Qobu qəsəbəsinə hərəkət edən 567 saylı avtobusda problemlər bitmir.
Bununla bağlı Unikal.org-a sərnişinlər tərəfindən çoxsaylı şikayətlər daxil olub.
Şikayətlərdə iddia olunur ki, avtobus sürücülərinin əksəriyyəti qeyri-peşəkardırlar. O da bildirilir ki, marşrutun sürücüləri necə gəldi, sürmələri ilə yanaşı, avtobusa lazım olduğundan dəfələrlə artıq sərnişin götürürlər. Nəticədə isə pik saatlarda sərnişinlər avtobusun qapısından sallaşaraq gedirlər.
Əlavə olunur ki, 567 nömrəli avtobusun hərəkət istiqaməti boyunca marşrut azlığı yaşanır. Buna görə də pik saatlarda demək olar ki, hər gün eyni vəziyyət müşahidə olunur.
Aqil Muxtarov adlı sərnişin açıqlamasında problemin həll edilməsi üçün müvafiq qurumlardan da kömək istəyib: "Hər kəsdən xahiş edirik ki, bu problemə diqqətlə yanaşsınlar. Əlavə xəttə çıxmaq istəyən avtobuslara da imkan vermirlər ki, işləsinlər. Ya əlavə marşurut xətti açılsın, ya da avtobusların sayı artırılsın!.