Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatının finalçıları müəyyənləşib.

Unikal.org-un xəbərinə görə, "Real" ikinci yarımfinal matçında Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cazira" klubunu 2:1 hesabı ilə məğlub edib.
Madridlilərin heyətində Kriştiano Ronaldo (53 dəq.) və Qaret Beyl (81), ev sahiblərinin heyətində Romarinyo fərqlənib (41).
Beləliklə, Zinəddin Zidanın yetirmələri dekabrın 16-da həlledici görüşdə Braziliyanın "Qremio" klubu ilə qarşılaşacaqlar.
Xatırladaq ki, ötən gün "Qremio" Meksikanın "Paçuka" klubu üzərində minimal hesablı qələbə qazanıb - 1:0.