Azərbaycanın şəhid olan hərbi qulluqçusu dəfn edilib.

Unkal.org report-a istinadən xəbər verir ki, ötən gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəsin pozulması nəticəsində şəhid olan, 1978-ci il təvəllüdlü Salahov Fizuli Süleyman oğlu Şabran rayonunun Gəndov kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrində 19 il xidmət edən F.Salahov ailəli olub, iki oğlu var.