"Kurtlar vadisi serialından Süleyman Çakır obrazı ilə tanınan akttyor Oktay Kaynarcanın illər sonra sirir üzə çıxıb.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, 2009-cu ildə atası Adil Kaynarcanı itirən aktyora çoxsaylı başsağlığı verilmiş, dostları dərin hüznlərini bildirmişlər. Lakin Adil Kaynarca Oqtayın atası yox, əmisi imiş. Anası və atası Özkan Kaynarca ilə Almaniyada yaşayan aktyorun əmisi Adil hər il xanımını qardaşıgilin yanına tətilə göndərirmiş.
Oqtay 5 yaşında olarkən belə tətillərin birində atası əmisi arvadını hava limanından götürməli olur. Evə gələrkən qəzaya düşən atası Özkanla əmisi arvadı dünyalarını dəyişir. Bundan sonra Oqtayın anası Nursellə əmisi Adilin evlənməyinə qərar verilir. Oqtay illərlə əmisini atası bilsə də, sonralar bu sirri öyrəndikdə məsələyə normal yanaşıb. O, Adil Kaynarcanın ölümündən sonra "Həm atamı, həm də əmimi itirdim yazaraq paylaşım etmişdi.