"O səs Türkiyə yarışmasının növbəti buraxılışında daha bir azərbaycanlı iştirakçı yer alıb.
Unikal.org axşam.az-a istinadən məlumatına görə, Ozan Əhmədov "Gipsy Kings qrupunun "Bamboleo mahnısını səsləndirib.
"Qazaxa gəl, Səməd Vurğun ocağına gəl sözləri ilə ifasına başlayan Ozana Yıldız Tilbe və Hadisə dönüb. Azərbaycanlı iştirakçı yarışmaya Hadisə ilə davam edib.
Qeyd edək ki, O.Əhmədov ötən il də yarışmada iştirak edib. Hadisənin komandasında olan gənc ifaçı finala qədər gedə bilməyib.