Məşhur Hollywood ulduzu Jean-Claude Van Damme, Türkiyədə investisiya yatıracaq.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1990-cı illərdən bu yana idman filmlərinin ən çox axtarılan adlarından biri olan Jean-Claude Van Damme, Türkiyədə idman və həyat mərkəzi açmağa hazırlaşır.

Mərkəzin yerini müəyyənləşdirmək üçün Van Damme dünən Türkiyəyə gəlib.

Dünən axşam Sabiha Gökçen hava limanında Türk sərmayəçiləri və iş adamları ilə görüşmək üçün İstanbula gələn Van Damme kameralara yaxalanıb.

57 yaşındakı Belçikalı idmançı, aktyor Türkiyədən işadamlarıyla İstanbulda görüşəcək. "Qrup, JC Van Damme Fitness & Health adlı idman və fitness mərkəzi açacaq.