Xəbər verdiyimiz kimi, dekabrın 18-də Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Prezident İlham Əliyev 2017-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

Unikal.org prezident tərəfindən mənzillə mükafatlandırılan idmançıları və idman xadimlərinin təqdim edir:

Taekvondo idman növünün son dünya çempionatının qalibi Milad Beigi Hərçəqani 




Taekvondo üzrə milli yığma komandanın böyük məşqçisi Rəşad Əhmədov




Basketbol üzrə milli komadanın üzvü Amil Həmzəyev




Cüdo üzrə Avropa çempionu və İslam oyunlarının qalibi Hidayət Heydərov




K-1 üzrə tanınmış idmançı Zabit Səmədov




Sambo üzrə milli komandanın məşqçisi Bəxtiyar Hacıyev 




Rio Paralimpiya Oyunlarının qalibi, cüdoçu Ramil Qasımov


MMA üzrə döyüşçü Emil Qurbanov