Türkiyənin məşhur müğənnisi Seda Sayan tanınmış brendin siması seçilib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi zinət əşyaları ilə bağlı reklam çəkilişlərində iştirak edəcək.

Müqavilə imzalamasını isə Sinan Engindən olan oğlu Oğulcan Engin təşkil edib.

S.Sayan bunun qarşılığında 1 milyon türk lirəsi pul qazanacaq.

"Bütün pul işlərimi Oğulcana həvalə etmişəm. Ondan pul alıram. Oğlumun beyni çox güclüdr" deyə sənətçi qeyd edib.