Prezident İlham Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarına "Əməkdar müəllim fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşlarına "Əməkdar müəllim fəxri adı verilsin:

Hüseynova Elmira Bahadur qızı
Əsədova Nailə Əsəd qızı
İsmayılov Zakir Xeyrulla oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşları "Tərəqqi medalı ilə təltif ediliblər:

Kərimova Elnurə Camal qızı
Tağıyeva Leyla Əliyevna