Bakıda elektrik stansiyasının ərazisində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hadisə Xəzər rayonunda "Azərenerji ASC-nin Şimal Elektrik Stansiyasının ərazisində baş verib.
Nəticədə tikilməkdə olan tikilinin divar üzlüyü 30 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.