Aparıcı Esra Erolun bacısı Eda Eroldan ayrılan Alişanın yeni sevgilisi ilə fotoları yayılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi "Dostlar məhəlləsi" serialının çəkilişləri zamanı tanış olduğu aktrisa Buse Varolla eşq yaşayır.

Cütlüyün ilk səmimi fotoları da yayılıb. Çəkiliş meydançasında üşüyən Buseni qucaqlayaraq poz verən Alişan fotolarını sosial şəbəkədə paylaşıb.