Avtomobil qaçıran şəxs saxlanılıb.

Unikal.org DİN-nin saytına istinadən xəbər verir ki, hadisə dekabrın 20-də saat 18:00 radələrində Nəsimi rayonunun 3-cü Alatava küçəsində baş verib. Yevlax rayon sakini Ramil Salmanova məxsus "VAZ-2101 markalı avtomobilin qaçırılması barədə DİN-in "102 Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan şəhərinin ərazisində Əlahiddə Çevik Polis Alayı və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tapılıb, onu qaçırmaqda şübhəli bilinən şəxs saxlanılaraq avtomobillə birgə Nəsimi Rayon Polis İdarəsinə təhvil verilib.

Araşdırmalarla həmin şəxsin Yunis İmanov olması müəyyən edilib.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.