Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə daxil olan məlumatla əlaqədar qatarlara bilet satışı dayandırılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, vağzaldan bütün qatar reysləri təxirə salınıb.

Bakı-Sumqayıt qatarı da vaxtında yola düşə bilməyib.

Qeyd edək ki, Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə məlumat vağzalın məlumat mərkzəinə saat 12 radələrində daxil olub.

13:19


Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, məlumatına görə, vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Bakı Dəmir Yolu Vağzalı və ərazidə yerləşən ticarət mərkəzlərindəki insanlar təxliyyə olunublar.

Hazırda mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilir.