"İnterfaks-Azərbaycan informasiya agentliyinin baş direktoru Aleksandr Alekseyeviç İvanov bu gün səhər saatlarında Moskvada beyin qansızmasından dünyasını dəyişib.

Unikal.org apa-ya istinadən məlumatına görə, A.İvanov 1950-ci il iyulun 12-də Bakıda anadan olub. Uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışıb, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri olub.


2005-ci ilin avqustunda "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru təyin olunub.


Allah rəhmət eləsin!