Binəqədi rayonunda mağazada yanğın olub.

Unikal.org FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 34 m² olan kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar 34 m² sahədə, bitişik olan müxtəlif təyinatlı obyektlərin tavanı və taxta atmaları 136 m² sahədə yanıb.

Kafenin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.