Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən Unikal.org-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Məmmədov Vüsal Əlövsət oğlunun yanına qısa müddətli görüşə gəlmiş qohumu Qaniyev Bayram Məmmədağa oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman 400 qr həcmində üzərində "İvanovka şor yazılmış plastik qabda olan şorun içərisinə tramodol preparatının qatışdırılması müəyyən edilib.