Human Rights Watch təşkilatı Şimali İraq Kürd Muxtariyyəti tərəfindən Kərkükdə saxlanan 350 məhbusun yoxa çıxdığını deyib.

Unikal.org-un məlumatına görə, itkin düşən məhbusların böyük əksəriyyəti İŞİD terror təşkilatı ilə əlaqədə ittiham olunan şəxslərdir.

Qeyd olunur ki, bu ilin oktyabrında İraq ordusu bölgə üzərində nəzarəti ələ keçirdikdən sonra həmin məhbuslar heç bir həbsxanada və təcridxanada aşkar olunmayıb.