Gədəbəy rayonunda 21 yaşlı gəlin dərmandan zəhərlənib.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, hadisə rayonun Moruqlu kəndində baş verib.
Kənd sakini, 1996-cı il təvəllüdlü Tağıyeva Nuranə Qədim qızı evlərində övladı üçün alınan sinir dərmanını səhvən su bilərək içib. Qadın təcili olaraq xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.
Xəstənin vəziyyəti kafi qiymətləndirilir.