Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Bu barədə Unikal.org-a DGK-dan məlumat verilib.
Əl yükünə baxış zamanı, yuyucu vasitənin içində, istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1 491 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.
Xatırladaq ki, "Tramadol" Azərbaycanda müvafiq qanunla təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkar olunan 1 491 ədəd tramadolun təsiredici maddəsinin ümumi miqdarı 298,2 qram təşkil edir.