Rayonun Bankə kənd sakini, tanınmış meyxana ifaçısı Şaban Bayramov özünü yandırıb.

Unikal.org xəbər verir ki, kənd sakinləri AzNews.az-a açıqlamasında məlumatı təsdiq ediblər:

"Şaban bizim kənddə doğulub boya-başa çatsa da, hazırda rayonda yaşayır. Bu səhər kənddə onun ölüm xəbəri yayıldı. Şaban xəstə idi, psixoloji problemləri vardı. Dəfələrlə Bakıda ruhi əsəb dispanserində müalicə olunub.