Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) operativ-istintaq tədbirləri nəticəsində Tbilisidə azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.
Unikal.org APA-ya istinadən verdiyi məlumata görə, əməliyyat nəticəsində üç nəfər saxlanılıb. İstintaqla müəyyən olunub ki, saxlanılan 1971, 1987 və 1976-cı il təvəllüdlü şəxslər mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olub.
Saxlanılan şəxslərdən birinin evində axtarış zamanı 6 bağlama heroin aşkarlanıb. Onları 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.