Bakı şəhərinin Nizami rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1957-ci il təvəllüdlü Lobov Vitali Nikolayeviçin cəsədini aşkar ediblər.

Meyit aidiyyəti üzrə təhvil verilib.