Fatih Terimin "Qalatasaraya keçidi rəsmiləşib.
Unikal.org Türkiyə mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis bu gün rəsmi müqaviləyə qol çəkib. O, 2019-cu ilin ortalarına qədər "Qalatasaraya başçılıq edəcək və bu müddət üçün 3 milyon avro qonarar alacaq.
64 yaşlı çalışdırıcı 4-cü dəfə "sükanı arxasına keçdiyi "cim-bomla il yarımlıq sazişə qol çəkib.
Onun köməkçilərinin Hasan Şaş və Yohan Elmander olması gözlənilir.