Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Şəhər sakini, 1949-cu il təvəllüdlü Rüstəmova Xalidə yolu keçən zaman sərnişin avtobusu tərəfindən vurulub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı hüquq araşdırma aparılır.