Salyanda itkin düşmüş 45 yaşlı kişinin meyiti tapılıb.

Unikal.org  report-a istinadən xəbər verir ki, 45 yaşlı Kürsəngi kənd sakini Vüqar Məhərrəm oğlu Məhərrəmovun meyiti bu gün kəndin yaxınlığındakı kollektorda aşkar edilib.

İki övlad atası olan Vüqar Məhərrəmov bu il noyabrın 26-da işləmək adı ilə qonşu Yenikənd kəndinə gedərək bir daha geri qayıtmayıb. Doğmalarının dediyinə görə, o gündən bir aydan çox vaxt keçməsinə baxmayaraq Vüqar Məhərrəmovdan bir xəbər tuta bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.