Göygöl rayonunda iki nəfərin yaralanması ilə nəticələnən avtomobil qəzası baş verib.

Unikal.org report-a istinadən məlumatına görə, Göygöl şəhər, Səbuhi Hacıyev küçəsində baş vermiş qəza zamanı, 58 yaşlı Safalət Aslanov və 51 yaşlı Rafayıl Abdıyev müxtəlif bədən xəsarətləri alaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hər iki yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilib.

Faktla bağlı araşdırma aparılır.