Bakının Xətai rayonunda ümumi sahəsi 61 m2 olan 3 otaqlı mənzilin mətbəxində 2 m2 sahədə mətbəx mebeli, 3 ədəd məişət avadanlığı yanıb.
FHN-dən Unikal.org-a verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m2 sahədə və dəhlizdə quraşdırılmış 1 ədəd kondisioner əriyib.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənərək yanğınsöndürənlər tərəfindən qonşu mənzildən çıxarılıb, aidiyyəti üzrə təhvil verilib, 6 nəfər bina sakini isə təxliyə olunub.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.