Daşkəsəndə yük avtomobili aşıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Çovdar kəndində baş verib.

Ağır tonnajlı yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Qaradağ rayon sakini, 1960-cı il təvəllüdlü Xələfov Xəlifalı Şahlar oğlu müxtəlif bədən xəsarətləri alıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Avtomobildə olan sərnişin isə xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.