Gəndob-Yalama yolunda iki yük maşını toqquşub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, qəza Xaçmazın Çanaxır kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini Elmar Abbasovun idarə etdiyi 99 KP 287 dövlət nömrə nişanlı "Qazel markalı avtomaşınla Rusiya federasiyasının Dağıstan respublikasının sakini Məhəmməd adlı sürücünün idarə etdiyi "Tərk markalı yük maşınları toqquşub. "Tır" qarşıdan hərəkətdə olan "Qazel"i vurub. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.