Bakı şəhərinin Xəzər rayonunda yanğın olub. 

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 500 m2 olan tövlənin dam örtüyü 400 m2 sahədə və tövlənin içərisinə yığılmış 400 kq ot bağlaması yanıb. Yanğın zamanı tövlədə olan 2 baş iri buynuzlu heyvan tələf olub.
Tövlənin qalan hissəsi, bitişik tövlə və ot tayası yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb