Bakıda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində, pilləkən qəfəsində elektrik sayğacları yanıb.

Sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.