Bakıda 30 yaşlı kişinin hovuzda boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü İsmayılov Şakir Bakir oğlunun Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 19/68 ünvanındakı kommersiya obyektinin həyətindəki ehtiyat su anbarına düşərək öldüyü məlum olub.

Bildirilir ki, orada fəhlə kimi işləyən Şakir İsmayılov hovuzun kənarında təmir işləri ilə məşğul olurmuş. Ehtiyatsızlıqdan o, dərinliyi 4 metr olan su quyusuna yıxılıb. Müəyyən fiziki məhdudiyyəti olan fəhlə xilas olmağa çalışsa da, buna müvəffəq ola bilməyib və boğularaq ölüb.

Qeyd edək ki, Ş.İsmayılovun meyitini FHN-in xilasediciləri sudan çıxarıb.

Faktla bağlı Nəraimanov rayon Prokurorluğunda araşdırma aparılır.


*****

Bakıda 30 yaşlı kişi hovuzda boğulub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xbər verir ki, paytaxtın Nərimanov rayonunda 1987-ci il təvəllüdlü İsmayılov Şakir Bakir oğlu su hovuzuna düşərək boğulub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək vətəndaşın cəsədini hovuzdan çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.