Bu gün səhər saatlarında Bakı-Quba yolunda minik maşını ilə mikroavtobusu toqquşması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, qəzada ölən şəxs "Mercedes markalı minik maşının sürücüsü 1954-cü il təvəllüdlü Şövkət Qubadov, xəsarət alan şəxslər isə 1988-ci il təvəllüdlü Vüqar İsmayılov, 1947-ci il təvəllüdlü İradə Əlimuradova, 1996-cı il təvəllüdlü Hüseyn Hacıyev, 1960-cı il təvəllüdlü Vaqif Bətərov Quba Mərkəzi rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

Xəsarət alanlardan 3-ü Qusar MRX-a aparılıb. Onlardan 1977-ci il təvəllüdlü Zaur Əsədov, 1996-cı il təvəllüdlü Aygün Abrurəhmanova və hələlik kimliyi məlum olmayan bir nəfərdir.

Bir nəfər Nigar Haktari isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, qəzada ölən sürücünün oğlu da bir neçə il öncə qəzada dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.


10:45

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org apa-ya istinadənxəbəbər verir ki,  Qubanın İqrık kəndi ərazisində "Mercedes markalı minik maşını və mikroavtobus toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.