Sabirabad rayonunda yeniyetmə qız zəhərlənmədən dünyasını dəyişib.

Unikal.org report-a istinadən xəbər verir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına rayonun Mürsəlli kənd sakini, 2003-cü il təvəllüdlü Gözəlova Leyla Şövqi qızı zəhərlənmə diaqnozu ilə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, yeniyetmə qız dünyasını dəyişib. İlkin məlumata görə, qızın dərman preparatından zəhərləndiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.