Rusiya paytaxtı Moskvada avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində metro stansiyasının keçidində gözləyən insanları vurub.

Unikal.org "RİA Novostiyə istinadən xəbər verir ki, məlumatı Fövqəladə Hallar Xidməti yayıb.

Nəticədə 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

Hadisə Moskva metrosunun "Slavyanski bulvar stansiyasının piyada keçidində baş verib. Polisin məlumatına görə, idarəetməni itirən sürücü avtobusu keçidin içinə sürüb.