Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, Ucar rayonu, Qarabörk kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yanğın bölmələri hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.