Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, şəhərin girişində "VAZ 2106 və "KİA markalı avtomobillər toqquşub.

Qəza nəticəsində "VAZ-ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.