Qoç - gün ərzində ünsiyyət, xoş söhbətlər, əyləncəyə can atsanız da, hisslərinizi cilovlayın. Düzünü deyin: ciddi iş rejimi ilə son dəfə nə zaman çalışıbsınız? Yox, fikirləşməyin ki, siz işdə hamıdan çox zəhmət çəkirsiniz, rəhbərlik isə bunu görmür. Sadəcə, siz lazımi işləri görmür, lazımi adamlarla danışmır, lazımlı zaman irəliyə çıxmağa çalışmırsınız.
Bu gün sizə məsul iş tapşırıla bilər.

Buğa - Bu gün ərzində evinizi bəzəmək, habelə əylənmək fikrinə düşə bilərsiniz. İşdən çıxandan sonra imkan varsa, nəqliyyatdan az istifadə edin, piyada gəzişin. Ailə üzvləri və qohumlarla münasibətlərdə problemlər yaranmayacaq. Sevdiyiniz insan bu gün sizə can atacaq.

Əkizlər - bu gün mühüm işlərlə təkbaşına məşğul olmayın. Tək çalışsanız, tezliklə yorulacaq, işdən bezəcək və əlinizdəki işi atacaqsınız. Dostlar və yaxınlarla birlikdə çalışsanız, iş şövqünüz itməyəcək, ətrafınızdakı insanlara da ruh verəcəksiniz. İşdə və ya çalışdığınız sahədə yeni əlaqələrin yaranma ehtimalı çoxdur.

Xərçəng - bu gün çox çətin situasiya ilə qarşılaşacaqsınız. Yaranmış vəziyyətdən çıxış yollarını tapmaq üçün yaxşıca düşünün.
Sizi ciddi düşüncələrdən və fikirlərdən ayırmağa çalışacaqlar. Qıcıqlanmayın, sakit olun.
İşdə dostlar və həmkarlarla fikir müxtəlifliyi, anlaşılmazlıq, hətta münaqişələr istisna deyil.

Şir - məntiqli, səbrli olun. Belə davranış sizi və dostlarınızı səhvlərdən qoruyar. Bu gün sizdən məsləhət, dəstək, mənəvi yardım istəyəcəklər. Lakin sevdiyiniz insan inadkarlığı ilə sizi narahat və nigaran qalmağa vadar edəcək.

Qız - həmişə başqalarının qayğısına qalaraq yaxınlarınızın problemlərini həll etməyə çalışırsınızsa, bu gün özünüzü düşünün. Əvvəl başladığınız işləri qaydaya salmaq, gələcəklə bağlı prioritet və planlar barədə düşünmək vaxtıdır. Məqsədinizə çatmaq üçün hiyləgərlik də edə bilərsiniz.

Tərəzi - bu gün sizə kimsə mane ola bilməyəcək, qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Elə bir məsələ yoxdur ki, onu çözməyə səy göstərəndə çətinliklərlə qarşılaşasınız.
Məqsədə çatmaq üçün zəhmət və səylərinizə qənaət etməyin.

Əqrəb - məqsədinizə çatmaq üçün bu gün hər şeyə hazırsınız. Lakin unutmayın ki, avantüralar və məcaraların hamısı yaxşı bitmir. Məcara maraqlı olsa da, risk və təhlükələr az deyil. Aramla davranın, yüz ölçüb bir biçin.

Oxatan - səhər saatlarında günə aktiv başlayın, vaxtınızı boş keçirməyin. İşə və ya təhsil müəssisəsinə gecikməyin. İctimai nəqliyyatda gecikmələr yarana bilər. Buna görə də evdən bir qədər tez çıxın. Yolda ehtiyatlı olun.
Saatlar keçdikcə işlərin çoxaldığını və qarşınıza qoyulan tələblərin ciddiləşdiyini anlayacaqsınız. Özünüzü zəif göstərməyin. İşi, həvalə edilən tapşırığı başa vurmamış dincəlməyin.

Oğlaq - köhnə işlərin baş çatdırılması və nəticələrin gözdən keçirilməsi üçün əlverişli gündür. Yeni layihələrlə bağlı işlərə başlamayın. Təkliflər alacaqsınız. Amma ehtiyatlı olun, imkanlarınızla potensial tərəfdaşlarınızın gücünü olduğundan artıq dəyərləndirməyin.

Dolça - bu gün sizdən ünsiyyətlərdə diqqət, iş yerində və təhsil müəssisəsində təmkin, söhbətlərdə konkretlik tələb olunur. Yaxınlarınız və sizə əziz olan insanlara əsla yalan danışmayın. Maliyyə çətinlikləri hiss edəcəksiniz. Amma almaq istədiyiniz bahalı əşya üçün "ilkin ödənişsiz, sərfəli şərtlərlə" adlı tələli kreditə aldanmayın.
Unutmayın: istənilən kredit sizə qısamüddətli sevinc və uzunmüddətli başağrısı bəxş edir.

Balıqlar - bu gün sizi aldatmaq və ya yalanlar toruna salmaq çətin olacaq. Müstəqil olun, enerjili davranın, potensialınızı reallaşdırın. Belə üstünlüklərlə məqsədə çata bilərsiniz. Hədəfi konkret müəyyənləşdirin və ona doğru irəliləyin. Lakin ehtiyatlı olmağı da unutmayın. Yalnız anadangəlmə bacarıq və sonradan əldə etdiyiniz biliklərə güvənməyin. İmkan yaranan kimi təcrübənizi və biliklərinizi artırmağa çalışın.

Milli.Az