Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxı rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində birmərtəbəli bir-birinə bitişik ümumi sahəsi 104 m² olan 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə, ümumi sahəsi 30 m² olan 2 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 90 m² olan 5 otaqlı evin 3 otağının tavanı 16 m² (ümumi 91 m²) sahədə yanıb.


Bitişik olan evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.